PSJ və “Barselona” arasında nəhəng mübadilə
Fransanın PSJ və İspaniyanın “Barselona” klubları arasında böyük transfer sövdələşməsi baş tuta bilər.
hadiseler.info xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl-Xəlaifi kataloniyalılara yarımmüdafiəçi Fabian Ruisi təklif edərək əvəzində Mark Bernalı almaq niyyətindədir.
Məlumata görə, PSJ rəhbərliyi və baş məşqçi Luis Enrike “Barselona”nın Ruis ilə maraqlandığını və futbolçunun da İspaniyaya qayıtmaq istədiyini bilirlər. Bu səbəbdən xüsusi plan hazırlayan Paris təmsilçisi Ruisi yalnız Mark Bernal ilə dəyişdiriləcəyi təqdirdə buraxmağa razıdır.
Qeyd edək ki, gənc yarımmüdafiəçi Mark Bernal cari mövsümdə “Barselona”nın heyətində 7 matçda meydanda olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
No Comment! Be the first one.