Putin :“Dünyada keçmiş hüquq normaları kənara atılıb”
Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxış edərək qlobal problemlər və beynəlxalq hüquq sistemi ilə bağlı mühüm bəyanatlar verib.
hadiseler.info “Gazeta.Ru”ya istinadən xəbər verir ki, Rusiya lideri dünyanın ümumi gələcəyi üçün məsuliyyət daşımağın mücərrəd bir şüar olmadığını vurğulayıb.
Putin çıxışında bildirib ki, bu məsuliyyət bəşəriyyətin sağ qalmaq həddinə yuvarlanmasının qarşısını almaq və düzəldilməz fəlakətlərdən qaçmaq məqsədi daşıyan praktiki addımlar toplusudur: “Bu gün dünyada keçmiş hüquq normalarının bir çoxu kənara atılıb, lakin yeni standartlar hələ ki formalaşmayıb”.
Qeyd edək ki, Moskva vilayətində keçirilən və 40 ölkədən 120 nümayəndənin iştirak etdiyi “Valday” klubunun XXIII iclasının əsas mövzusu “Gələcək üçün məsuliyyət: mümkünün hüdudları, yoxsa hüdudsuz imkanlar?” adlanır.
No Comment! Be the first one.