Putinin səfəri Yaponiyanı qarışdırdı
Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri Yaponiya və Rusiya arasında növbəti diplomatik gərginliyə səbəb olub.
hadiseler.info xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara hökumətin Moskvaya qarşı cavab addımlarını ətraflı təhlil etdiyini bildirib.
Diplomatik qalmaqalla bağlı Yaponiyanın Baş naziri Sanae Takaiçi və Xarici İşlər naziri Tosimitsu Motegi rəsmi mövqelərini bəyan ediblər, ölkənin səfiri Akira Muto isə məsələni Rusiya tərəfinə çatdırıb.
Öz növbəsində Rusiya XİN yapon diplomatına etiraz notası təqdim edib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov yapon tərəfinin “nəzakət sərhədlərini aşdığını” və dövlət başçısının ölkənin hər bir bölgəsinə səfər etmək hüququnun olduğunu vurğulayıb.
No Comment! Be the first one.