Qanunsuz saxlanılan silahlar edilərək götürüldü
Azərbaycanda polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatların aşkar olunaraq götürülməsi istiqamətdində növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, oktyabrın 2-də polis əməkdaşları tərəfindən paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı qanunsuz saxlanılan 3 tüfəng aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi və dövriyyədən çıxarılması istiqamətində qətiyyətli tədbirlər aramsız olaraq devam etdirilir.
No Comment! Be the first one.