Qarabağdan reportajlar hazırlayan məşhur rusiyalı jurnalist öldü
Məşhur rusiyalı teleaparıcı və jurnalist Mixail Ponomaryov 57 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, onun vəfatı barədə Rusiya Milli Teleradioyayımçılar Assosiasiyası öz “Telegram” kanalında məlumat yayıb.
Telejurnalist peşəkar fəaliyyəti dövründə mühüm və gərgin qaynar nöqtələri, münaqişə zonalarını işıqlandırmaqla geniş tanınıb. Onun vaxtilə Qarabağdan hazırladığı xüsusi reportajlar da auditoriya tərəfindən maraqla qarşılanıb.
Rusiya mətbuatında yer alan məlumatlara görə, 57 yaşlı jurnalistin ölümünə infarkt keçirməsi səbəb olub.
No Comment! Be the first one.