Qırğızıstan 19 şirkətin fəaliyyətini dayandırır
hadiseler.info xəbər verir ki, Qırğızıstan hakimiyyəti beynəlxalq sanksiyalardan yayınma riski daşıyan 19 şirkətin məcburi ləğvi prosesinə start verib.
Ölkənin İqtisadiyyat və Ticarət Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı sanksiya riskləri ehtiva edən 40-a yaxın kommersiya qurumu müəyyənləşdirilib. Beynəlxalq sanksiya rejimlərinin pozulmasının dövlət üçün yarada biləcəyi mənfi nəticələrin qarşısını almaq məqsədilə 19 hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi qərara alınıb.
Qurumların məcburi ləğvi prosedurlarına rəsmən başlanılması üçün ədliyyə organlarına müvafiq müraciətlər unvanlanacaq.
No Comment! Be the first one.