Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi
Quba Olimpiya İdman Kompleksinin rəhbərliyi barəsində cinayət işi başlanıb, direktor və mühasib həbs olunub.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar nəticəsində “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri aşkar edilib.
Aparılan istintaq tədbirləri ilə hər iki şəxsin mənimsəmə və vəzifə cinayətləri törətməsində əsaslı şübhələr müəyyən olunub. Qeyd olunur ki, iş üzrə dövlətə və müəssisəyə vurulan ziyanın məbləği yarım milyon manatdan çoxdur.
Baş İdarənin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə R.Orucov və V.Şirinov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
No Comment! Be the first one.