Qvineyada zibil poliqonu sürüşdü: Azı 30 ölü, 22 yaralı-VİDEO
Qvineyanın Qbessiya kommunasında yerləşən “Dar-əs-Salam” zibil poliqonunda torpaq sürüşməsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Qvineya hökuməti rəsmi məlumat yayıb.
Faciə nəticəsində azı 30 nəfər həyatını itirib, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı bir neçə yaşayış evi uçub.
Əraziyə dərhal xilasetmə qüvvələri cəlb olunub, dağıntılar altında qalanların axtarışı və yaralılara yardım göstərilməsi işlərinə başlanılıb. Ölkənin Baş naziri Amadu Uri Bax vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə gəlib.
No Comment! Be the first one.