Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazandı
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medalı aktivinə yazdırıb.
hadiseler.info xəbər verir ki, 73 kiloqram çəki dərəsində mübarizə aparan Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə braziliyalı idmançı Daniel Karginə qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.
R.Məmmədəliyevin medala gedən yolu:
1/8 final: Böyük Britaniya təmsilçisi Etan Nairiyə qalib gəlib.
1/4 final: Fransalı Dalyan Boulemtafesə 0:2 hesabı ilə uduzaraq mübarizəni təsəlliverici görüşdə davam etdirib.
Təsəlliverici görüş: İtaliyalı idmançı Leonardo Valeriyanini ipponla məğlub edərək bürünc medal döyüşünə vəsiqə qazanıb.
Bürünc medal görüşü: Braziliyalı Daniel Karginə üstün gələrək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Yarışın digər nəticələri:
Hidayət Heydərov (73 kq): Olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Esposito ilə qarşılaşmada cərimə xalları hesabına məğlub olaraq mundialla vidalaşıb.
Xədicə Qədəşova (57 kq): 20 yaşlı idmançı 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşevaya uduzaraq çıxışını başa vurub.
Xatırladaq ki, daha əvvəl bu çempionatda 60 kiloqram çəki dərəsində mübarizə aparan Azərbaycan cüdoçusu Əhməd Yusifov qızıl medal qazanmışdı.
No Comment! Be the first one.