Şövkət Mirziyoyev Vahid Ələkbərovu qəbul edib
Özbəkistan Prezidenti Şövkət Mirziyoyev oktyabrın 6-da Daşkənddə Rusiyanın “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovla görüşüb.
hadiseler.info xəbər verir ki, görüşdə “Lukoyl”un Özbəkistandakı cari layihələri və fəaliyyətinin genişləndirilməsi planları müzakirə olunub. Vahid Ələkbərov ölkənin enerji sektorundakı layihələrin, o cümlədən geoloji kəşfiyyat işlərinin, perspektivli karbohidrogen yataqlarının işlənməsinin və neft məhsullarının satışı üzrə pərakəndə şəbəkənin genişləndirilməsinin cari vəziyyəti barədə məlumat verib.
Tərəflər, həmçinin şirkətin Özbəkistandaki fəaliyyətini genişləndirmək planlarını və neft-qaz sektorunda gördüyü cari işləri nəzərdən keçiriblər. Görüşdə xüsusi diqqət layihələrin mövcud vəziyyətinə və gələcək perspektivlərə yönəldilib.
Qeyd edək ki, “Lukoyl” 2004-cü ildən Özbəkistanda fəaliyyət göstərir və ölkənin neft-qaz sektorunun ən iri xarici investorlarından biridir. Şirkət “Özbəkneftqaz”la tərəfdaşlıq çərçivəsində “Kandım-Hauzak-Şadı” və “Cənub-Qərbi Hissar” layihələrini icra edir. Şirkətin məlumatına görə, bu layihələr üzrə ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb, Özbəkistana yatırılan investisiyaların həcmi isə təxminən 8 milyard dollar təşkil edir.
No Comment! Be the first one.