Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı vəfat etdi
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib.
hadiseler.info xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsində xidmət edib. O, həmçinin Azərbaycan Beynəlxalq Universitetində prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrində çalışıb. F.Əliyev daha sonra AMEA İşlər İdarəsinin müdir müavini postunu tutub.
No Comment! Be the first one.