Reza Deqati Parisdəki aksiyalarda xəsarət alıb
Dünyaca məşhur fotojurnalist Reza Deqati Fransanın paytaxtı Parisdə kütləvi etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, tanınmış fotoreportyor hadisələr zamanı qolundan zədə aldığını bildirib.
“Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm”, – deyə Deqati qeyd edib.
Fransada baş verən iğtişaşların dəhşətli miqyasından danışan fotojurnalist indiyədək belə mənzərə ilə qarşılaşmadığını vurğulayıb:
“İndiyədək belə miqyasda iğtişaşın şahidi olmamışdım. Məşhur brend mağazaları da talan olundu. İdman geyimləri və ləvazimatları satılan mağazada, demək olar, heç nə qalmamışdı. Ətrafdakı digər obyektlərə də ciddi ziyan vurulmuşdu.”
Reza Deqati əlavə edib ki, Fransa cəmiyyəti hökumətdən bu özbaşınalıqların qarşısının alınmasını və təqsirkarların müəyyən edilərək qanun qarşısında cavab verməsini tələb edir:
“İğtişaşlarda iştirak edənlərin bir qisminin 18 yaşına çatmadığı bildirilir. Bu səbəbdən yetkinlik yaşına çatmayanların məsuliyyət məsələsi də geniş müzakirə olunur. Eyni zamanda, dəymiş ziyanın hesablanması və onun təqsirbkarlara ödətdirilməsi gündəmdədir.”
No Comment! Be the first one.