Rusiya MN: Gecə ərzində 300-dən çox Ukrayna PUA-sı vuruldu
Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri gecə saatlarında ölkə ərazisinə və dəniz akvatoriyalarına yönələn kütləvi dron hücumlarının qarşısını alıb.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Açıqlamaya görə, avqustun 22-si axşam saatlarından avqustun 23-ü səhərədək ümumilikdə 328 Ukrayna PUA-sı vurularaq zərərsizləşdirilib. Hücumlar Moskva regionu, Krım, Krasnodar diyarı, eləcə də Belqorod, Bryansk, Voronej, Rostov və Tula daxil olmaqla 15 vilayəti, həmçinin Azov və Qara dəniz akvatoriyalarını əhatə edib.
No Comment! Be the first one.