Rusiya Ukraynada ticarət mərkəzini vurdu- VİDEO
Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinə növbəti kütləvi hava hücumları endirib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı Pavloqrad şəhərində yerləşən “Gulliver” ticarət mərkəzi hədəf alınıb. Zərbə nəticəsində ticarət mərkəzinin binasında güclü yanğın başlayıb.
Bundan başqa, Dnipro şəhərinə endirilən zərbələr nəticəsində məşhur “Oleyna” günəbaxan yağı istehsal edən Dnipropetrovsk yağ-piy kombinatına ciddi ziyan dəyib. Ərazidə baş verən dağıntı və yanğın səbəbindən strateji qida müəssisəsi fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.
No Comment! Be the first one.