Rusiya Ukraynanın itkiləri barədə yeni məlumat yaydı
Rusiya Müdafiə Nazirliyi müharibənin 1645-ci günü üçün Ukrayna ordusunun itkiləri haqqında növbəti məlumatı açıqlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Konaşenkov xüsusi hərbi əməliyyatın başlanğıcından bəri düşmənin 674 təyyarəsi, 284 helikopteri, 220 067 PUA-sı, 669 zenit-raket kompleksi, 30 725 tankı və zirehli texnikası, 1 775 reaktiv yaylım atəş sistemi, 36 274 artilleriyası və 70 240 xüsusi hərbi avtomobil texnikasının məhv edildiyini iddia edib.
No Comment! Be the first one.