Rusiya Ukraynanın Reni limanındakı silah anbarlarını vurub
hadiseler.info Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, Ukraynanın Reni limanında silah, hərbi texnika və digər hərbi təchizatın saxlandığı anbarlara zərbələr endirilib.
Hücumların pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi bildirilib. PUA zərbələri nəticəsində liman ərazisində yerləşən hərbi təyinatlı obyektlərə xəsarət yetirilib.
Qeyd edək ki, Reni limanı Ukraynanın Dunay çayı sahilində, Rumıniya sərhədində yerləşən strateji logistika mərkəzlərindən biridir. Son dövrlərdə Odessa vilayətinin liman infrastrukturu tez-tez oxşar hava hücumlarına məruz kalır.
No Comment! Be the first one.