Rusiyada bir binanı bütövlüklə darmadağın etməyə qadir olan dron hazırlanıb
Rusiyanın “Uraldronzavod” şirkəti “Upır-K” adlı təyyarə tipli yeni pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
hadiseler.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Yüksək məhvetmə qabiliyyətinə malik yeni PUA Tümendə keçirilən “Rusiyanın vətənpərvərləri” forumu çərçivəsində təşkil edilən xalq hərbi-sənaye kompleksinin sərgisində nümayiş etdirilib.
Məlumata görə, “Upır-K” aparatının əsas üstünlüyü onun 50 kilometrə qədər olan uçuş məsafəsidir. Dron 12 kq çəkisində döyüş başlığı, o cümlədən TM tank əleyhinə minanı daşımaq imkanına malikdir. Bu da hədəf alınan binaların tamamilə darmadağın edilməsinə şərait yaradır.
Qeyd edək ki, “Uraldronzavod” Sverdlovsk vilayətində “Upır” FPV-dronunun yaradıcıları tərəfindən təsis edilib. İstehsalı və kütləvi buraxılışı Rusiya vətəndaşlarının maliyyə dəstəyi ilə həyata keçirildiyi üçün “xalq PUA-sı” adlandırılan bu aparatlar hazırda seriyalı şəkildə Rusiya ordusuna tədarük olunur.
No Comment! Be the first one.