Rusiyalı məşhur reper toyundan 11 gün sonra intihar etdi
Rusiyalı reper Mişa Mavaşi odlu silahdan aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, hadisə sənətçinin evində baş verib. Məlumata görə, evində güllə yarası alan Mavaşi üçün təcili tibbi yardım çağırılıb, lakin o, xəstəxanaya aparılanadək çoxlu qan itirərək ölüb.
“Mash” teleqram kanalı repçinin başından güllə yarası aldığını yazıb. İlkin məlumatlarda əvvəlcə hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verə biləcəyi ehtimal edilsə də, “Ostorojno, novosti” kanalı onun ölümünün əsas səbəbi kimi intiharı göstərib. Hadisə baş verən zaman sənətçinin həyat yoldaşı da evdə olub, lakin o, digər otaqda olub.
Qeyd edək ki, mərhum reper faciədən cəmi 11 gün əvvəl Yekaterina adlı xanımla ailə qurmuşdu. Hadisə ilə bağlı rəsmi araşdırma aparılır.
No Comment! Be the first one.