“Hizbullah” İranın xeyrinə hərbi əməliyyatlara qoşulmaqdan imtina etdi
İran və ABŞ arasında yeni toqquşma ehtimalı yaranarsa, “Hizbullah” qruplaşması İsrailə qarşı hərbi addımlar atmaqdan imtina edəcək.
hadiseler.info “Naharnet” xəbər portalına istinadən xəbər verir ki, bu bəyanatla Livan parlamentinin sədri Nəbih Berri çıxış edib. Siyasətçi bildirib ki, bu dəfə “Hizbullah” İranın xeyrinə hər hansı bir toqquşmaya qoşulmayacaq və bu mövqe ölkə prezidenti Cozef Auna da çatdırılıb.
Məlumata görə, “Hizbullah”ın bu qərarı Livanın cənubunda İsrailin hava hücumlarından ziyan çəkən əhalinin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətlə əlaqədardır. Təşkilatın öz tərəfdarlarından mənfi reaksiya ala biləcəyi narahatlığı onları ehtiyatlı olmağa sövq edir.
“Asharq Al Awsat” qəzetinin yaydığı məlumata əsasən, “Hizbullah”ın bu mövqeyi İran rəsmiləri ilə də razılaşdırılıb. Oktyabrın 14-16-da Beyrutda səfərdə olan İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə parlament sədri Berriyə rəsmi Tehranın ABŞ Prezidenti Donald Trampın kəskin hədələri fonunda radikal döyüşçüləri qeyri-bərabər mübarizəyə sürükləmək istəmədiyini bildirib. Xətibzadə İranın öz gücünə müqavimət göstərmək qabiliyyətində olduğunu və potensial hücumlara qarşı ciddi hazırlıq işləri görüldüyünü qeyd edib.
No Comment! Be the first one.