Rusiyanın ən böyük limanı vuruldu
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) sentyabrın 9-na keçən gecə Rusiyanın ən böyük dəniz limanının yerləşdiyi Novorossiysk şəhərinə hücum həyata keçirib.
hadiseler.info xəbər verir ki, hücumun əsas hədəfi dəniz ticarət limanının tərkibinə daxil olan Novorossiysk mazut terminalı olub. Dəmir yolu ilə gətirilən mazutu qəbul edən və dəniz gəmilərinə yükləyən bu terminalın illik yükaşırma gücü təxminən 4 milyon tondur.
Zərbələr nəticəsində yanacaq çənlərindən ən azı birinə ziyan dəyib və terminalın ərazisində güclü yanğın baş verib. Həmçinin, şəhərin Volqoqradskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında da yanğın qeydə alınıb.
No Comment! Be the first one.