Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisə

Rüşvət almaqda təqsirləndirilən Vergi xidmətinin əməkdaşlarının məhkəməsi başlayır

Noyabr 2, 2026
30 Views

hadiseler.info xəbər verir ki, vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin Xidmətin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Əhmədov Eldəniz Yunis oğlu, baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin idarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədov Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan elbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq ორგანının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Oğuzda 61 yaşlı kişinin meşədə yanmış meyiti tapılıb

Next

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Next
Noyabr 2, 2026

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Previous
Noyabr 2, 2026

Oğuzda 61 yaşlı kişinin meşədə yanmış meyiti tapılıb

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Hadisə
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Ayla
Noyabr 7, 2026
Hadisə
DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Ayla
Noyabr 6, 2026
Hadisə
Şəmkirdə “Mercedes” aşdı
Ayla
Noyabr 6, 2026
Hadisə
Kürdəmir rayonunda tanınmış iş adamı toy məclisi zamanı qəfil vəfat edib.
Ayla
Noyabr 6, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Noyabr 8, 2026
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 649
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya