Şəhidin 21 yaşlı qardaşının meyiti həyətdə tapıldı
Bərdə rayonunda gənc oğlanın ölümü ilə nəticələnən kədərli hadisə baş verib.
hadiseler.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə avqustun 13-də saat 22:00 radələrində Bərdənin Nəcəfqulubəyli kəndində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Kənan İlyasovun meyitini yaxınları yaşadığı evin həyətində aşkar ediblər. Hadisənin dəqiq başvermə səbəblərini müəyyənləşdirmək üçün Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, dünyasını dəyişən gənc 44 günlük Vətən müharibəsi şəhidi Bəhruz İlyasovun qardaşıdır. Onların atası Nizam İlyasov isə Birinci Qarabağ müharibəsi qazisidir. Ailənin cəmi iki övladı var idi.

No Comment! Be the first one.