Sabah bəzi bölgələrdə yağış və qar yağacaq – Hava pronozu
Oktyabrın 6-na gözlənilən hava şəraiti açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağışlı keçəcəyi proqnozlaşdırılır.
Gecə və səhər saatlarında yarımadanın bəzi ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz isə 19-22° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 70-80% arasında olacaq.
Ölkənin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər şərq bölgələrində, axşam saatlarında isə bir sıra ərazilərdə arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntıların leysan xarakter alacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahid olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlıq rayonlarda isə gecə 2-7° isti, gündüz 13-18° isti təşkil edəcək.
No Comment! Be the first one.