Sabah bəzi magistral yollarda duman olacaq
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən dumanlı hava şəraiti ilə bağlı avtomobil sürüclərinə xəbərdarlıq edib.
hadiseler.info xəbər verir ki, oktyabrın 19-u gecə və səhər saatlarında Azərbaycanın bəzi regionlarında və magistral yollarında duman olacağı ehtimal edilir.
Məlumata əsasən, dumanlı hava şəraiti səbəbindən magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsi 500-1000 metrədək kəskin məhdudlaşacaq.
Hüquq-mühafizə və yol patrul xidməti orqanları dumanlı hava şəraitini nəzərə alaraq sürücülərə yollarda xüsusilə diqqətli olmağı, sürət həddini gözləməyi və məsafəni doğru tənzimləməyi tövsiyə edir.
No Comment! Be the first one.