Sabah hava 28° isti olacaq
Milli Hidrometeorologiya Xidməti oktyabrın 21-də ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz isə 22-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahid olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.
No Comment! Be the first one.