Sabahın Bakıda 29° isti, rayonlarda leysan gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah ölkə ərazisində gözlənilən hava şəraiti elan olunub.
hadiseler.info xəbər verir ki, bölgələr üzrə hava şəraiti aşağıdakı kimi olacaq:
Bakı və Abşeron yarımadasında:
Hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20–23° isti, gündüz 25–29° isti olacaq.
Azərbaycanın rayonlarında:
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, leysan, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahid olunacaq.
No Comment! Be the first one.