“Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paketlərin qiyməti bəlli oldu
“Sabah” klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün VIP paket biletləri satışa çıxarılır.
hadiseler.info xəbər verir ki, VIP paket bilet sahibləri “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləmək imkanı əldə edəcəklər.
VIP sektorda azarkeşlərə xüsusi qidalanma xidməti, əyləncə proqramı və DJ ifasında musiqi təqdim olunacaq. Dörd qarşılaşmanın hamısını əhatə edən VIP paket biletin qiyməti 1500 manat təşkil edir. Qeyd edək ki, VIP sektordakı əyləncəli tədbirlər ancaq “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunlarda təşkil olunacaq.
No Comment! Be the first one.