“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına vahid biletlər satışa çıxarıldı
UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.
hadiseler.info xəbər verir ki, azarkeşlər tək bir bilet əldə etməklə komandanın Bakıda “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli”yə (İtaliya) qarşı keçirəcəyi dörd qarşılaşmanı da stadiondan canlı izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, qarşılaşmalara bilet satışı iticket.az platforması vasitəsilə həyata keçirilir.
No Comment! Be the first one.