Salyanda evə ildırım düşdü – VİDEO
Salyan rayonunda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində Məmmədov Marif Surudin oğluna məxsus fərdi yaşayış evində baş verib.
Ev sahibinin verdiyi məlumata görə, insident səhər saat 5 radələrində qeydə alınıb. İldırım düşməsi nəticəsində yaranan alov qısa müddətdə evi bürüyüb və ciddi təhlükə yaradıb. Hadisəni vaxtında aşkar edən ev sahibi dərhal müvafiq qurumlara məlumat verib. Hadisə yerinə gələn Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində evin bir otağı tamamilə yanıb, tikiliyə və evdəki əşyalara ciddi ziyan dəyib.
No Comment! Be the first one.