Samuxda qarayara şübhəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən AÇIQLAMA
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Xidmətlər Agentliyi Samux rayonunun Alıuşağı kəndindəki heyvandarlıq təsərrüfatında qarayara xəstəliyi şübhəsi ilə bağlı rəsmi məlumat yayıb.
hadiseler.info xəbər verir ki, Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma aparılıb. Heyvanlara klinik baxış keçirilib, fermada dezinfeksiya işləri görülüb və kəndə heyvan, eləcə də nəqliyyat vasitələrinin giriş-çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Qeyd olunub ki, təsərrüfatdakı 3 baş iribuynuzlu heyvanda temperatur yüksəlməsi müşahidə edilib və müalicə tədbirləri başlanıb. Məcburi kəsilmiş heyvanın ətindən və torpaqdan nümunələr götürülərək laboratoriyaya göndərilib. Hazırda canlı heyvanlardakı klinik halların qarayara olması laborator müayinələrlə təsdiqlənməyib. Yekun rəy analizlərin nəticəsindən sonra bəlli olacaq. Ərazidə profilaktik və epizootik nəzarət tədbirləri davam etdirilir.
No Comment! Be the first one.