Saray qəsəbəsində zəncirvari qəza: Bir neçə avtomobil toqquşdu
Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində dörd nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr.info xəbər verir ki, bu barədə “Report”un yerli bürosu məlumat yayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, əvvəlcə “BYD” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən idarəetməni itirən “Chevrolet” yol kənarında park edilmiş “Ford” və “Range Rover” markalı nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində hər dörd avtomobilə ciddi maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, qəzanın başvermə səbəbləri araşdırılır.


No Comment! Be the first one.