Şavkat Mirziyoyevdən İlham Əliyevə Zəfər Günü təbriki
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, Özbəkistan lideri məktubunda Azərbaycanın şanlı bayramı – Zəfər Günü münasibətilə dövlət başçısını və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.
Məktubda Azərbaycan Prezidentinin müdrik və ardıcıl siyasəti, yüksək rəhbərlik məharəti sayəsində tarixi ədalətin bərpa olunduğu və dövlətin ərazi bütövlüyünün təmin edildiyi vurğulanıb. Şavkat Mirziyoyev cari ildə Bakı, Daşkənd və Buxara şəhərlərində keçirilən görüşlərin, həmçinin imzalanmış Əbədi Dostluq haqqında Müqavilənin ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırdığını qeyd edib.
Özbəkistan Prezidenti Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətində böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıb.
No Comment! Be the first one.