Şimali Kipr sahillərində batan gəminin qalıqları 550 metr dərinlikdə tapılıb
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) batan sərnişin gəmisinin qalıqları aşkarlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman məlumat verib.
O qeyd edib ki, gəminin qalıqları dənizin 550 metr dərinliyində tapılıb. Prezident ərazidə axtarış işlərinin fasiləsiz olaraq davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
No Comment! Be the first one.