Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
Şimali Kiprin Girnə şəhəri sahillərində bərənin batması ilə bağlı yürütülən istintaq çərçivəsində kapitan və heyət üzvləri daxil olmaqla 8 nəfər tutulub.
hadiseler.info xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel məlumat verib.
ŞKTR Baş naziri bildirib ki: “Axtarış və xilasetmə işləri davam edərkən, bu fəlakətin səbəbini müəyyən etmək üçün istintaq aparılır. Gəminin kapitanı və yeddi heyət üzvü saxlanılıb. Bu hadisənin hər bir aspekti araşdırılacaq. Ən kiçik bir səhlənkarlıq belə üzə çıxacaq”.
Xatırladaq ki, avqustun 30-da Girnə sahillərindən təxminən 4 mil aralıda 267 nəfəri daşıyan bərə batıb. Faciə nəticəsində 237 nəfər xilas edilib, 7 nəfər ölüb. Hazırda 23 nəfərin axtarışı qayıqlar və dronlar vasitəsilə davam etdirilir.
No Comment! Be the first one.