Şirvan kanalında 77 yaşlı kişinin meyiti tapılıb
hadiseler.info xəbər verir ki, İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən Şirvan kanalından kişi meyiti aşkar olunub.
Hadisə ilə bağlı dərhal əraziyə polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının apardığı ilkin araşdırmalar zamanı suda boğulan şəxsin Göyçay şəhər sakini, 77 yaşlı Tahir Quluyev olduğu müəyyənləşdirilib.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.