Zimbabvedə bərə qəzasında ölənlərin sayı 80-ə çatıb
hadiseler.info xəbər verir ki, Zimbabvedəki Kariba su anbarında bərənin batması nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb.
Zimbabve polisinin verdiyi məlumata görə, xilasedicilər sudan daha səkkiz nəfərin cəsədini çıxarıblar. Qəza yerində axtarış-xilasetmə əməliyyatları və həlak olanların şəxsiyyətinin dəqiqləşdirilməsi işləri davam etdirilir.
İlkin ehtimallara əsasən, gəmi güclü külək və dalğalar səbəbindən dərinliyi 50 metrdən çox olan ərazidə aşaraq batıb. Hadisə zamanı 77 nəfərin xilas edildiyi, göyərtədə ümumilikdə 160-dan çox insanın olduğu bildirilir.
No Comment! Be the first one.