Şirvanda 2 avtomobil toqquşdu: Ölənlər və ağır yaralanan var
Şirvan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza şəhərin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb. Hadisə zamanı “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1970-ci il təvəllüdlü Şirvan şəhər sakini Mehtiyev Elman Mikayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər həmyerlisi, 1978-ci il təvəllüdlü İsgəndərov Çingiz Həsənalı oğlu isə ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.