Siyəzəndə qum yüklü maşın “Opel”lə toqquşaraq aşıb – VİDEO
Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, qumla dolu olan yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq “Opel” markalı minik masını ilə toqquşub və yoldan çıxaraq aşıb.
Ağır qəza zamanı yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.