Sürücü sükan arxasında qəfil vəfat etdi
Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə Binə qəsəbəsi ərazisində baş verib.
1968-ci il təvəllüdlü H.Yarəliyev özünə məxsus “Opel” markalı avtomobili idarə edərkən sükan arxasında qəfil vəfat edib. İlkin məlumata görə, sürücünün ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.