Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Milli Hidrometeorologiya Xidməti oktyabrın 4-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
hadiseler.info xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Məlumata əsasən, magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Sürücülərə yollarda ehtiyatlı olmaq tövsiyə edilir.
No Comment! Be the first one.