Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi
Füzuli rayonunda fövqəladə tibbi hal qeydə alınıb — hamilə qadın xəstəxanaya çatdırılarkən təcili tibbi yardım avtomobilində doğuş reallaşıb.
hadiseler.info xəbər verir ki, bu barədə TƏBİB mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı şikayəti ilə təcili çağırış daxil olub. Ünvana dərhal həkim briqadası cəlb edilib. Hamilə qadın xəstəxanaya aparılarkən yolda vəziyyəti kəskinləşib və tibb personalının operativ, peşəkar müdaxiləsi sayəsində doğuş elə təcili yardım avtomobilində həyata keçirilib.
Dünyaya gələn oğlan körpəsinin çəkisi 3,5 kq, boyu isə 53 sm olub. Doğuşdan dərhal sonra ana və yenidoğulmuş Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, hazırda həm ananın, həm də körpənin səhhəti stabildir.


No Comment! Be the first one.