Tənqidlərə və şikayətlərə baxmayaraq vəzifəsində qalacaq
ABŞ Prezidenti Donald Tramp fəaliyyəti ilə bağlı səslənən şikayətlərə və narazılıqlara baxmayaraq, Pit Heqsetin Pentaqonun rəhbəri vəzifəsində qalacağını qəti şəkildə bildirib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ lideri “ABC News”a müsahibəsində danışıb.
D.Tramp Heqsetin fəaliyyətindən narazı olan şəxslərdən zənglər aldığını təsdiqləsə də, bu narazılıqların səbəblərini anlamadığını vurğulayıb: “Mən onu vəzifədə saxlamaqda tam qərarlıyam”, – deyə Amerika Prezidenti əlavə edib.
No Comment! Be the first one.