Taylandda 5 rusiyalı turist koronavirusa yoluxdu
Taylandda istirahət edən rusiyalı turistlər arasında kütləvi koronavirusa yoluxma halı qeydə alınıb.
hadiseler.info istinadən xəbər verir ki, rusiyalıların tez-tez üstünlük verdiyi populyar kurort zonesında bədən ağrıları, yüksək hərarət və miqren simptomları ilə müraciət edən 5 turistdə COVID-19 testi müsbət nəticələnib. Sankt-Peterburq sakinləri Puket adasında yeni yoluxma dalğasının baş qaldırdığını bildiriblər.
Yerli hakimiyyət orqanlarının açıqladığı rəsmi məlumata əsasən, Puket hazırda virusa yoluxma göstəricisinə görə Bankok və Çonburidən sonra ölkə üzrə üçüncü sıradadır. Təkcə son bir həftə ərzində adada 64 yeni COVID-19 halı aşkar olunub.
No Comment! Be the first one.