Tərtərdə ağır yol qəzası: Ölən və xəsarət alan var
Tərtər rayonunda bir nəfərin ölümü, digərinin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçməkdə olan iki qadın piyadanı vurub. Qəza nəticəsində piyadalardan biri aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər yaralı qadın isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.