Conatan Devid “Qalatasaray”a təklif olunub
Kanada millisinin futbolçusu Conatan Devid karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
hadiseler.info xəbər verir ki, 26 yaşlı hücumçu “Qalatasaray” klubuna təklif olunub.
İstanbul təmsilçisi İtaliyanın “Yuventus” klubunda çıxış edən hücumçunun transfer variantını nəzərdən keçirir.
Qeyd edək ki, Conatan Devid 2025-ci ildən Turin təmsilçisinin şərəfini qoruyur.
No Comment! Be the first one.