Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olundu
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni rəhbər təyinatı gerçəkləşib.
hadiseler.info xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına əsasən, Şaban Cəərçiyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə gətirilib.
Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetini, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bitirib. Əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsində başlayan Ş.Cəərçiyev daha əvvəl Bakı Kompüter Peşə Liseyi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifələrində çalışıb. O, oktyabrın 12-dən yeni vəzifəsinin icrasına başlayıb.
No Comment! Be the first one.