Teymur Musayev Baş nazirin müavini təyin olundu
Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışan Teymur Musayev yeni yüksək dövlət vəzifəsinə təyin edilib.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sənədə əsasən, Teymur Yusif oğlu Musayev tutduğu səhiyyə naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə o, Baş nazirin müavini təyin olunub.
Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayından etibarən səhiyyə naziri vəzifəsini icra edirdi.
No Comment! Be the first one.