Tofiq Əliyev Böyük Britaniyada ikili zəfər qazanıb
Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən yarışlarda böyük uğura imza ataraq iki qızıl medal qazanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
İdmançımız həm milli yaş qrupları finalında, həm də Böyük Britaniya çempionatında bütün rəqiblərini üstələyərək fəxri kürsünün en yüksək pilləsinə qalxıb və yarışı 2 qızıl medalla tamamlayıb.
No Comment! Be the first one.