Tramp Ağ Evin aparat rəhbəri vəzifəsinə təyinat edib
ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri vəzifəsinə Stiven Milleri təyin edəcəyini açıqlayıb.
hadiseler.info xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp paylaşımında bildirib: “Tramp administrasiyasında Ağ Evin aparat rəhbərinin müavini və ən yaxın müşavirlərimdən biri olan Stiven Millerin 2026-cı il noyabrın 9-dan etibarən Ağ Evin aparat rəhbəri vəzifəsini tutacağını elan etməkdən məmnunam”.
Dövlət başçısı hazırda bu vəzifəni icra edən Syuzi Uaylsın siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatında işini davam etdirəcəyini qeyd edib və ona göstərdiyi “müstəsna xidmətlərə” görə təşəkkürünü bildirib.
Xatırladaq ki, daha əvvəl “Politico” nəşri mənbələrinə istinadən Trampın Syuzi Uaylsı vəzifədən uzaqlaşdırmaq imkanını yaxın ətrafı ilə müzakirə etdiyini yazmışdı. Məlumata görə, ABŞ Prezidenti dostları və siyasi müttəfiqləri ilə əlaqə saxlayaraq aparat rəhbərinin dəyişdirilməsi barədə onların fikirlərini öyrənmişdi.
No Comment! Be the first one.