Tramp: “Hörmüz boğazına tam nəzarət edirik”
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazından keçən gəmi hərəkətini tam nəzarətdə saxladığını bəyan edib.
hadiseler.info xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib.
“Biz sözün əsl mənasında Hörmüz boğazına nəzarət edirik. Tam nəzarətimiz var”, – deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, İran tərəfinin vəziyyətə müdaxilə etmək üçün imkanları olduqca məhduddur: “Onlar, məsələn, sadəcə bir mina yerləşdirə bilərlər”. Dövlət başçısı əlavə edib ki, bu da müəyyən problem yarada bilər, çünki gəmi sahibləri boğazı keçərkən riskə getmək istəmirlər.
İranla qarşıdurmada məqsədlərinə tezliklə çatacağını qeyd edən Tramp daha əvvəl seçkilərdən sonra və ya hətta əvvəl bu ölkə ilə razılığın əldə olunacağına inandığını xatırladıb.
No Comment! Be the first one.